Şəhidin qardaşı:"Sosial şəraitimiz əhəmiyyətli dərəcədə yaxşılaşdı"





"Ölkə başçısı İlham Əliyevə bu nəcib addımına görə təşəkkür edirəm".

Bunu "Sherg.az"a 1993-cü il də şəhid olan Ağcabədi rayon sakini Quliyev Xələddin Yasir oğlunun qardaşı Quliyev Əlibala Yasər oğlu bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını deyən Ə.Quliyev qeyd edib ki, cənab Prezidentin bu qərarını müsbət qiymətləndirir:

" Allah Prezident İlham Əliyevin canını sağ eləsin. Şəhid ailələrinə göstərdiyi qayğıya görə, ölkə başçısına təşəkkür edirəm. 11 min manatı aldım. Maddi imkanımız o qədər də yaxşı deyil. Ölkə başçısının bu humanist addımı nəticəsində ailəmizin sosial şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı. Ümumiyyətlə, şəhid ailəsi olaraq dövlətin qayğısı ilə əhatələnmişik. Bacımın yoldaşı da ölkənin bütövlüyü uğrunda şəhid olub. Buna görə dövlət bacıma mənzil verib. Bizə də müəyyən yardım göstərilib. Bir daha Prezidentə minnətdaram".

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu