Dünyada ilk dəfə olaraq uşaqlığı transplantasiya edilən qadın ana olub






Dünyada ilk dəfə olaraq uşaqlığı transplantasiya edilən qadın ana olub. 36 yaşlı isveçli qadın qeysəriyyə üsulu ilə usağı dünyaya gətirib.
Həkimlər ananın yüksək qan təzyiqi riskinə görə körpənin vaxtından əvvəl, 31 həftəlik doğulduğunu deyir.
Ana və körpə hazırda evdədir və durumları qənaətbəxş hesab edilir. Uşağın valideynlərinin kimliyi barədə məlumat verilmir.
Anaya transplantasiyası 61 yaşlı ailə dostundan alınan uşaqlıqla ötən il edilib.