Latviya: parlament seçkilərində rusiyapərəst partiya qalib gəlir





Riqa meri Nil Uşakovun partiyası parlamentə seçkilərdə irəlidə gedir.
Latviya parlamentinə (Seym) seçkilərdə rusiyapərəst "Razılıq" partiyası kiçik üstünlüklə irəliləyir.
Partiyaya Riqanın rusdilli meri Nil Uşakov başçılıq edir.
Son məlumatlara görə "Razılıq" 23,26% səs toplayıb.
Hakim "Birlik" partiyası - 21,26%, "Yaşıllar və kəndlilər ittifaqı"-19,74%, Latviyanın milliyətşi hərəkatı isə 16,5% səs toplayıblar.
Nəticədə, hakim koalisiyaya daxil olan "Razılıq" partiyasının əleyhdarlarının ümumilikdə topladıqları səslər daha çoxdur.
Səsvermədə seçicilərin 57,36%-i iştirak edib.
"Razılıq" sosial-demokrat partiyasına əsasən Latviyanın rusdilli əhalisi səs verir.
Partiya 2009-cu ildı Rusiyanın hakim "Yedinaya Rossiya" partiyası ilə əməkdaşlıq haqqında saziş bağlayıb.