Ətin qiyməti 5 manata düşdü

Yas mərasimlərində yemək verilməməsi ətin qiymətinə təsir edib



Təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qoyulan  qadağa  kasıb zümrənin başqa bir sevincinə səbəb olub.
Yas mərasimlərində yemək verilməməsi ətin qiymətinə təsir edib. Verilən məlumatlara görə ölkənin qərb rayonlarında bayramın ilk günü ətin qiyməti 4-5 manat olub. Ətin qiymətinin aşağı düşməsi  bəzi fermerlərin də narahatçılığına səbəb olub. Bəzi sahibkarlar artıq femalarını satlığa çıxarıblar. Ekspertlər hesab edir ki, bir azdan bu ucuzlaşma paytaxt Bakıda da özünü göstərəcək.