“Boko Haram” 7 nəfərin başını kəsdi





Nigeriyanın şimalı-şərqində, Borno ştatında silahlıların hücumu nəticəsində 7 nəfər qətlə yetirilib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hücum "Boko Haram” radikal təşkilatı tərəfindən törədilib.
Yerli hökumət strukturları bildirir ki, yaraqlılar ölənləri xüsusi qəddarlıqla qətlə yetiriblər, başlarını kəsiblər. Qeyd olunur ki, "Boko Haram” qruplaşması son həftələr ərzində Nigeriyanın şimalındakı yaşayış məntəqələrinə hücumlarını artırıb.
Xatırladaq ki, "Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.