İsmət Yılmaz: “Türkiyəyə qarşı hər hansı təhdid olarsa...”

“Belə olanda dərhal NATO-nun ortaq müdafiə sistemi fəaliyyətə başlayır"



"Suriya ilə bağlı olayların ilk başladığı gündən etibarən biz NATO-dan plan hazırlamasını istədik. NATO da bütün alternativləri nəzərə alaraq, bir plan hazırladı”
APA-nın Türkiyənin Doğan xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.
Müdafiə naziri qeyd edib ki, NATO-nun Vaşinqton Müqaviləsinin 5-ci maddəsində açıq şəkildə üzv ölkələrdən birinə edilmiş hücumun digər ölkələrə edilmiş kimi qəbul olunduğu yazılıb: "Belə olanda dərhal NATO-nun ortaq müdafiə sistemi fəaliyyətə başlayır. Türkiyəyə qarşı da hər hansı təhdid olarsa, NATO Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin tələbinə əməl edəcək. NATO-nin baş katibi də məhz bunu nəzərdə tutaraq, bir hücum olacağı təqdirdə Türkiyənin yanında olacaqlarını dedi”.