11 nəfəri ildırım vurub öldürdü





Kolumbiyanın şimalında ildırım 11 nəfəri vuraraq öldürüb, 15 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində 60 nəfər hindinin olduğu tikiliyə ildırım düşüb.
Xəsarət alanların 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir. Hindi icmasının uzaq ərazidə məskunlaşması xilasetmə işlərini çətinləşdirir. Evakuasiya helikopterlər vasitəsi ilə həyata keçirilir.