Tayqaya gedəcək: Putin ad günü ilə bağlı 15 ildə ilk dəfə istirahət günü götürüb





Rusiya prezidenti Putin son 15 ildə ilk dəfə olaraq ad günü ilə bağlı oktyabrın 7-nə istirahət günü götürüb.

Onun sözçüsü Peskov deyib ki, Putin Sibirdə tayqaya gedəcək, orda istirahət edəcək.

Peskov deyib ki, Putin ən yüksək dövlət vəzifələrində ilk dəfədir ki, öz ad gününü belə qeyd edir. Peskovun sözlərinə görə, "bu il Putinin iş qrafiki nəinki gərgindir, hətta ifrat gərgindir, bəzən onun iş qrafiki sutkaboyu işə yaxındır.”