14 günlük körpəsiylə körpüdən atıldı





Taylandın Pathum Thani şəhərində bir qadın hələ 14 günlük olan körpəsiylə birlikdə körpüdən atıldı.
Thanyaburi polis bölməsinin  baş komisarı Manas Aldandıyara səhər saat 10 radələrində  bir cütlüyün  mübahisə etdiyi məlumatı gəldi. Hadisə yerinə çatan zaman ağlayan bir qadın və kişi  ilə onları izləyən 100-dən çox adam göründü. Şahidlərin ifadəsinə görə Rungtiva Yingsawad (23) adlı qadın əriylə mübahisə etdikdən sonra yeni doğulmuş oğulu qucağındaykən körpüyə çıxdı. Çox qısa bir müddət sonra da körpüdən aşağı atıldı və körpəsiylə kanal sularına qərq oldu.

Ətrafdakı kəndlilər dərhal köməyə qaçdılar. Qadını sürətli bir şəkildə qurtardılar, amma  körpə kanal sularında itdi. 14 günlük körpənin cansız bədənini bir saat tapdılar. Ata körpəninin cəsədini  sudan çıxardı. Ata Jakkrit Krajaechand (31) ölən oğuluna bərk- bərk  sarıldı, öpdü və uzun müddət ağladı. Körpüdən atılan ana Yingsawad da ölən oğulu üçün gözyaşı tökdü.

Baş komisar Aldandıyar etdiyi şərhdə cütlüyün evdə bir-birlərinə ağır təhqirlər yağdırdığını  və gənc ananın körpəsiylə evi tərk etdiyini söylədi.