Körpəsi acından öldü





Konyada nigahdan kənar  dünyaya gələn 36 günlük, hələ adı qoyulmamış körpə qızın,  yarılmasından sonra onun  acından  öldüyü təyin olundu.
Konyanın Akşehir qəsəbəsində anası ilə məskunlaşan A. N. A., Dərviş adlı kişidən  36 gün əvvəl bir körpə qız  dünyaya gətirdi. A. N. A., keçən həftə anası ilə birlikdə Karatay Mahalı Ərəblər prospektindəki qohumlarının yanına gəldi. Ancaq qohumları, bir həftədir yanlarında qalan A.N.A.dan evdən getməsini istədi.

İddiaya görə, çamadanını hazırlayan gənc ana, bu arada körpəninin hərəkətsiz olduğunu gördü. Anası N.A.la birlikdə körpəsini götürərək çölə çıxan Acın, bir taksiylə körpəsini Məram Təhsil və Araşdırma Xəstəxanasına gətirdi. Körpəni  bütün müdaxilələrə baxmayaraq həyata qaytarmaq mümkün olmayıb.
Körpənin, D. adlı kişidən  olduğunu ifadə edən ana, uşağına ad qoymadığını və şəxsiyyət vəsiqəsinin olmadığını da söylədi. 
Körpəninin hər hansı bir sağlamlıq probleminin olmadığını irəli sürən ana A. N. A. isə polis mərkəzindəki ifadəsinin ardından sərbəst buraxıldı. Hadisələ əlaqədar istintaqın davam etdirildiyi bildirildi.