İŞİD-in məşhur komandiri öldürüldü

Suriya və İraq ərazilərində İŞİD terror qruplaşmasının mövqelərinə 6 aviazərbə endirilib


 
ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Suriya və İraq ərazilərində İŞİD terror qruplaşmasının mövqelərinə 6 aviazərbə endirib.

ANS PRESS-in məlumatına görə, hava hücumları zamani İŞİD-ə məxsus 2 tank, 2 zirehli maşın, 2 səhra topu və 1 yeraltı sığınacağı məhv edilib.

Terror qruplaşmasının nə qədər canlı qüvvə itki verdiyi barədə məlumat açıqlanmayıb.

Bu arada İraq ordusu Ramadi bölgəsində İŞİD-ə qarşı hücum təşkil edib. Aviasiyadan dəstək verilən hücum zamanı İŞİD-in yüksək rütbəli komandirlərindən biri olan Şakir Vuheyb başda olmaqla onlarla yaraqlı öldürülüb.