"Humanist və böyük addımdır" - İqtisadçı ekspert Prezidentə təşəkkür etdi



"Humanist və böyük addımına görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Ölkə başçısı bu addımı ilə bir daha dövlətin vətəndaşımızın arxasında olduğunu sübut etmiş oldu”. Bu sözləri bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

Fərmanda nəzərdə tutulan güzəştlərin gözləntilərdən xeyli artıq olduğunu vurğulayan ekspert deyib ki, bu günə qədər bu problemlə bağlı danışan ekspertlər bir çox təkliflər vermişdi, amma heç biri bu həddə deyildi: "Hamı devalvasiya zamanı məzənnə fərqi üzrə zərər çəkən vətəndaşların yalnız banklar qarşısındakı borclarını bağlamağı təklif edirdi. Güzəştlər isə bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və (və ya) dekabrın 21-nə olan 10000 dollaradək olan əsas borcunu əhatə edir.
Təkliflərdə söhbət 3-5 min dollardan gedirdisə, fərman 10 min dollara qədər olan kreditlərə şamil ediləcək. Məzənnə fərqinin hamısının dövlətin üzərinə götürməsini isə heç kəs təklif etməmişdi.

Təklif vardı ki, məzənnə fərqi banklar, vətəndaşlar və dövlət arasında üç yerə bölünsün. Ölkə başçısı imzaladığı sərəncamla bütün məzənnə fərqini dövlətin üzərinə atdı. Əgər kiminsə 2015-ci ilin fevralın 21-nə 1000 dollar borcu vardısa, devalvasiyayadək olan məzənnə ilə bu milli valyuta ilə 780 AZN təşkil edirdi. Bu gün isə 1700 AZN həddinə qədər artıb. Həmin pulun 850 manatını banka dövlət qaytaracaq. Yerdə qalan 850 manatı isə vətəndaşın özü ödəyəcək. Bu isə vətəndaşlar üçün böyük bir güzəştdir. Ən gözləniləməz addım isə odur ki, Prezident banklara vətəndaşların faiz borcunu bağışlamağı, və məhkəmədə qaldırılan iddiaları geri götürsünlər. Habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək.

Dövlət başçısı tapşırıb ki, 3 aya bütün vəsait ödənilsin. Faiz artımı öz borcunu ödəmiş vətəndaşlara məzənnə fərqinin qaytarılması da çox təqdirəlayiq haldır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır.
Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək.

Şəymən