“Paşinyanın bəzi qərarları onun rejiminin çökməsinə gətirib çıxara bilər”






"Ermənistanın baş naziri Nikol Paşinyan hər hansı addım atmaqdan çəkinir. Çünki hakimiyyətinin bir qeyri-stabil vəziyyətdə olduğunun fərqindədir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Deputat bildirib ki, Paşinyanın bir sıra qərarları və məcburi atdığı addımları onun rejiminin çökməsinə gətirib çıxara bilər:

"Baş nazirin Qarabağlılarla hansısa razılıq əldə etmək və müzakirələr aparmaq cəhdi Paşinyanın zəifliyinin təzahürüdür. Eyni zamanda Paşinyanın ziddiyyətli və çaşdırıcı açıqlamaları onu nümayiş etdirir ki, o, sülh prosesinin nədən ibarət olduğunu bilmir.

Ümumiyyətlə, bu istiqamətdə gedən proseslərlə bağlı dəqiq məlumata sahib deyil. Dağlıq Qarabağda keçirilən toplantılar da göstərir ki, Ermənistan rəhbərliyi sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. 

Çünki son dövrlər Paşinyan münaqişənin həlli ilə bağlı beynəlxalq təzyiqlərə məruz qalmaqdadır. Ona görə də bu cür addımlar atır”.

İsmayıl