“Minsk qrupu ilk dəfədir ki, münaqişə ilə bağlı qəti mövqe sərgiləyib”





"ATƏT-in Minsk qrupunun həmsədrləri faktiki olaraq Paşinyanın münaqişə ilə bağlı tutduğu mövqeni tənqid ediblər”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmmədov deyib.

Analitikin sözlərinə görə, Minsk qrupu ilk dəfədir ki, münaqişə ilə bağlı qəti mövqe sərgiləyib:

"Həmsədrlər bundan bir neçə gün əvvəl Paşinyanın Brusselə səfəri zamanı Donald Tuskun, Y.Hanın və F.Moqerininin dediklərini təkrar ediblər.

Münaqişəyə yenilik gətirməyə qarşı çıxaraq Paşinyanı yeniliklər icad etməməyə çağırıblar. Eyni zamanda, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunub.

Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulub. Lakin bu bəyanat o demək deyil ki, biz ATƏT-in Minsk qrupuna əl çalmalıyıq.

Bu qurumun əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə izin verməməkdir. Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Düşünürəm ki, bu görüş olduqca vacibdir. Həmin təmasda tərəflərin baxışları ilə bağlı konkret nəticə əldə olunmalıdır kı, bundan sonrakı proseslərin hansı istiqamətdə davam edəcəyi bəlli olsun”.

İsmayıl