7 fil belə onu yerindən tərpədə bilməyib

Hindistandakı "Krishna Butter Ball” qayası YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil etdiyi ən maraqlı tarixi abidələrdən biridir.
6 metr hündürlüyündə və 5 metr enində olan bu qayanın çəkisi təxminən 250 tondur. Fizika qanunlarına zidd olan bu qaya ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülsə də, necə yarandığına dair konkret faktlar mövcud deyil. "Krishna Butter Ball” qayası yanındakı evlər üçün təhlükili hesab edildiyindən 1908-ci ildə Madras meri qayanın ehtiyatlı şəkildə yuvarlanmasını əmr edib. Bu iş üçün yeddi fildən istifadə olunub, amma fillər belə qayanı yerindən tərpədə bilmədiyi üçün olduğu kimi saxlamağa qərar veriblər. "Krishna Butter Ball” qayası bu günün özündə də bir çox turistlərin diqqətini cəlb etməkdədir.