7 il keçdi, xəbər yox...
20:41 08.02.2016
Arxiv
1469
Generalın qətlinin üstü açılmalıdır
Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 7-ci ildönümü ərəfəsində "Yeni Müsavat”a müsahibə verən qızı Rahilə Rzayeva istintaqla bağlı sensasion faktlar açıqlayıb.
Atasının qətli ilə bağlı irəli sürülən versiyalardan heç birinə üstünlük vermədiyini vurğulayan R.Rzayeva Rail Rzayevin heç vaxt siyasi məsələlərə, çirkin işlərə qarışmadığını bildirib: "Onu ancaq xidməti işi ilə bağlı aradan götürə bilərdilər. Görünür, o, kiməsə mane olub”. Generalın qətlində onun sürücüsü ilə köməkçisini bilavasitə ittiham edən R.Rzayevanın iddiasına görə, atasını bilərəkdən hospitala çatdırmayıblar: "Bu adamlar hər ikisi hərbçilər idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu, uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.
Qeyd edək ki, 1993-2009-cu illərdə komandan olan general-leytenant R.Rzayev 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülüb. Cinayətin üzərindən 7 il keçməsinə baxmayaraq generalın qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist- ekspert İlqar Altayın sözlərinə görə, Rail Rzayev sadə bir vətəndaş olmadığı üçün istintaq orqanları onun qatilinin tapılması ilə bağlı araşdırmaları sürətləndirməlidir: "Faktiki olaraq, həmin gün ölkənin müdafiə və təhlükəsizliyinə cavabdehlik daşıyan əsas şəxslərdən biri məqsədyönlü şəkildə qətlə yetirilib. Bu mənada generalın qətlinin təsadüfi baş verdiyini düşünmürəm. Faktiki olaraq, bu, düşünülmüş və planlaşdırılmış böyük bir qətl hadisəsidir. Çox güman ki, bu cinayət mütəşəkkil qrup tərəfindən həyata keçirilib. Rail Rzayevin qətlini əsasən 2 yerə ayırmaq olar. Birinci versiyalarda bu qətl daxili, ikincidə isə xarici amillərlə izah edilə bilər. Mümkündür ki, generalın qətlini daxili düşmənləri qisas məqsədi ilə həyata keçirmiş olsun. İstintaqla bağlı ictimaiyyətə səbəblər bəlli olmadığı üçün konkret faktlara söykənmək qeyri-mümkündür. Dediyim kimi, bu qətli Rail Rzayevin ədavətdə olduğu biri də törədə bilər. Odur ki, Rail Rzayevin qətli araşdırılarkən ilk növbədə ölkədə onunla münaqişədə olan şəxslərin üzərində dayanmaq lazımdır. Digər variantda isə cinayəti Azərbaycana təsir etmək istəyən qüvvələr də planlaşdıra bilər. Çünki Rail Rzayev Azərbaycan üçün kifayət qədər böyük simalardan biri və ölkənin təhlükəsizliyinə cavabdehlik daşıyan bir şəxs olub”.
İ.Altayın sözlərinə görə, Azərbaycanın xüsusi xidmət orqanları bu cinayəti araşdırıb ciddi bir nəticəyə gələ bilərlər. Amma generalın qətlinin üstündən 7 il vaxt keçməsinə baxmayaraq müəmma açılmayıb: "Azərbaycanda kriminal rejimə nəzarət heç də pis deyil. Bu istiqamətdə dövlət kifayət qədər ciddi işləyir və bir sıra mühüm qətl hadisələrinin üstünü də açmaq çətin olmur. Amma generalın qətli ilə bağlı aparılan istintaqın bir nəticə verməməsini aidiyyəti orqanların işinə bir nöqsan kimi dəyərləndirmək olar. Hesab edirəm ki, generalın qatilinin tapılması istiqamətində iş gücləndirilməlidir. Azərbaycan generalının kim tərəfindən öldürülməsi bütün ictimaiyyət üçün maraqlıdır. Xüsusən də, hadisə günün günorta çağı, şəhərin mərkəzində baş verdiyi üçün xeyli sayda cavabsız suallar yaranır. Bütün bu narahatlıqlara son qoymaq üçün də Rail Rzayevin qətli ilə bağlı açılan cinayət işinin üzərində ciddi işləmək lazımdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat