7 snayper atıcısı erməni çıxdı

“ASALA təşkilatı yaranan gündən özünə “müttəfiq” axtarır”
Onların PKK-nı tapması da təsadüfi deyil. Hər iki terrorçu qrupun ümumi hədəfləri var



PKK terror təşkilatına qarşı antiterror əməliyyatlarında zərərsizləşdirilən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlıları olduğu müəyyən edilib.

Terror üzrə ekspert, istefada olan hərbçi-professor Mesut Hakkı Çaşinin verdiyi məlumata görə, ermənilərin ASALA təşkilatı ilə PKK arasında dərin bağ var. Alim bildirib ki, PKK-nın bəzi birlikləri ermənilərdən təşkil edilib: "Əldə etdiyim məlumata görə, son 3 ay ərzində döyüşlərdə ölən PKK snayper atıcılarının 7-si Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu müəyyən edilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”. Professor vurğulayıb ki, PKK, PYD və ASALA-nın məqsədi getdikcə güclənən Türkiyənin qarşısını almaq, ölkənin daha da böyüməsini əngəlləməkdir. İddia ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Tofiq Abbasovun fikrincə, ermənilər PKK ilə olan bağlarını heç vaxt gizlətməyiblər: "Heç kimə sirr deyil ki, terrorçu kürdlərlə ASALA arasında sıx əlaqələr mövcuddur. Hər iki qruplaşma uzun illərdir biri-birinə dəstək verir. Son dövrlər Yaxın Şərqdə baş verən proseslərin gərginləşməsi terrorçu şəbəkələrin yaxınlaşmasına daha münbit şərait yaradıb. Ona görə də həmin qrupların bir dam altında birləşməsinə təəccüb etmək lazım deyil. Belə faktların üzərindən qeyri-müəyyənlik dumanını götürmək lazımdır. ASALA təşkilatı yaranan gündən özünə "müttəfiq” axtarır. Onların PKK-nı tapması da təsadüfi deyil. Hər iki terrorçu qrupun ümumi hədəfləri var. Ancaq məsələ ondadır ki, terrorçuların bir araya gəlməsi sadəcə bir-iki dövlət üçün yox, ümumilikdə region üçün təhlükəlidir. Beynəlxalq səviyyədə bu təhlükəni aradan qaldırmaq və terrorçuları tərksilah etmək lazımdır”. Ekspert deyib ki, PKK və ASALA əməkdaşlığının sıxlaşması Türkiyə və Azərbaycanın güclənməsi ilə bağlıdır: "Hər iki ölkəyə təhdid törədən dağıdıcı qüvvələr var. Bilirsiz, tarixən sülh və quruculuq istəyən fərqli qüvvələr bir cəbhədə, dağıdıcılar isə ayrı tərəfdə durublar. Yəni çaqqal çaqqalı, canavar da canavarı tapıb. PKK ilə erməni terrorçular da çaqqal xislətli insanlardır”.

İsmayıl