“700 minə yaxın insanın bu sərəncamdan yararlanması gözlənilir”- Millət vəkili





"Ölkə prezidenti minimum pensiyanın məbləğinin 1 oktyabr 2019-cu il tarixindən 160 manatdan 200 manata çatdırılması barədə sərəncam verdi”.

"Sherg.az”ın xəbərinə görə, bu barədə millət vəkili Fazil Mustafa Feysbuk profilində yazıb.

Deputat bildirib ki, burada təxminən 25 faiz artımdan söhbət gedir:

"Özlüyündə əhəmiyyətli artımdır. 700 minə yaxın insanın bu sərəncamdan yararlanması gözlənilir. Son vaxtlar cəmiyyətin ən aztəminatlı kateqoriyaya aid insanlarına yaşam səviyyəsinin yüksəldilməsinə yönəlik bu addımlar təqdirəlayiqdir və müsbət tendensiyanın davamından xəbər verir. 

Əslində ölkəmizdə insanların rifah halının yüksədilməsi üçün hər cür imkanlar mövcuddur. 

Yetər ki, iş yerləri açan, faydalı iqtisadi təşəbbüskarlıq göstərən insanların qarşısında bürokratik maneələr ortadan qaldırılsın. Bir sıra sahələrdə rəsmi və ya qeyri-rəsmi inhisarçılığın iqtisadiyyata, xüsusilə də turizmə vurduğu zərərlər obyektiv araşdırılsın. O halda islahatlar prosesi daha da irəli aparıla bilər və qısa vaxtda öz effektini göstərər”.

İsmayıl