77 il sonra qovuşduğu sevgilisini başının tacı etdi
13:17 14.02.2016
Arxiv
1002
Kahramanmaraşda, atası onlara qarşı çıxdığı üçün sevdiyi qızla evlənə bilməyən Mustafa Karakoyun, 77 il sonra qovuşub, evləndiyi 95 yaşlı həyat yoldaşıyla xoşbəxt bir həyat sürür.
Qovuşa bilmədiyi sevgilisi ilə 77 il sonra Qocalar Evində evlənən 92 yaşlı Mustafa Karakoyun, 5 aydır eyni yastığa baş qoyduğu həyat yoldaşına gözü kimi baxır.
Ancaq filmlərdə rast gəlinən bu eşq hekayəsi, Kahramanmaraşın Sarıgüzel məhəlləsində 1938-ci ildə başladı. O dövrdə hələ 15 yaşında olan Mustafa Karakoyun, özündən 3 yaş böyük Döndü Kıraça aşiq oldu.
Atasının evliliyə qarşı çıxmasından 3 il sonra əsgərliyə gedən Karakoyun, evlərinə döndüyündə Kıraçın evləndiyini öyrəndi. Bundan sonra ata evindən ayrılan Karakoyun, Göksunun Çardaq qəsəbəsində özünə yeni bir həyat qurdu.
Karakoyun, aradan keçən o qədər illərdən sonra həyat yoldaşı vəfat edincə Qocalar Evinə yerləşdi. Burada 77 il əvvəl aşiq olduğu Döndü Kıraçla qarşılaşan Karakoyun, onunla evləndi. Bu "gecikmiş" nigah, 5 ay əvvəl bağlandı. Cütlük indi Çardaq məhəlləsində xoşbəxt bir həyat sürür. Özlərinə aid evdə bir-birlərinə həmdəm olan cütlüyün xoşbəxtliklərini görməyə dəyər.(milliyet.com)
İllər sonra qovuşduğu həyat yoldaşına gözü kimi baxan Karakoyun, sevgilisini sanki başının tacı edib.
Həyat yoldaşını, ilk günki kimi çox sevdiyini bildirən Karakoyun, "Sevməsəm alardımmı, ölənə qədər başımın tacıdır. Xəstələndiyi zaman xəstəxanaya aparıram, bir yerdə gəzirik və ev işlərində ona köməkçi oluram" deyir.
Rəsmi nigahdan sonra Qocalar Evindən ayrıldıqlarını ifadə edən Karakoyun, qonşularının da onlara hər cür yardımçı olduğunu söyləyir. Səhhətində problemi olan həyat yoldaşına hər vaxt dəstək olduğunu vurğulayan Karakoyun, "Paltarlarını mən geyindirirəm, yeməyini də yedizdirirəm. Yenə də halımıza şükr edirik" deyə danışır.
Danışmaqda çətinlik çəkən Döndü Karakoyun isə ömürünün qalan hissəsini də həyat yoldaşıyla eyni yastığa baş qoyaraq keçirmək istədiyini bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat