“Mənim dilim, mənim varlığım”



Dünən  Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində ana dili gününə həsr olunmuş "Mənim dilim, mənim varlığım” adlı tədbir keçirilib. Tədbirdə - nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Elçin Hüseynbəyli, fililogiya elmləri doktoru, professor, ADPU-nun Pedaqogika fakultəsinin dekanı, uşaqların sevimli şairi Zahid Xəlil və filologiya elmləri doktoru, professor, dilçi-alim İsmayıl Məmmədov iştirak ediblər. Tədbiri giriş sözü ilə Təlim-tərbiyə işləri üzrə direktorun I müavini Mina Əliyeva açıb. Şagirdlər qonaqlara onları maraqlandıran sualları ünvanlayıblar və ana dilinə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirin sonunda məktəbin direktoru Gülarə xanım Əfəndiyeva şagirdlərə öz ana dilini mükəmməl bilmələrini və onu qorumalarının vacib olduğunu bildirib.
Tədbir bitdikdən sonra Azərbaycan Dövlət Dram Teatrı tərəfindən C. Məmmədquluzadənin "Anamın kitabı” tamaşası səhnələşdirilib.