8 ay kabus yaşadı: Qohumu öpdü, bu hala düşdü - Fotolar

Uşaq o qədər qaşınırmış ki, üzünü kreslolara, masaya, hər yerə sürtürmüş
"Daily Mail"in xəbərinə görə, 3 yaşlı Sienna Duffield, bu ilin əvvələrində ailənin bir qohumunun onu öpməsindən sonra uçuq virusu tapdı. 
Uçuq xəstəliyi (elmi dildə Herpes simpleks virusu) dəri və ağız kənarlarında müşahidə olunan içi su dolu kisələrdən ibarət yoluxucu bir xəstəlikdir.
Virusdan bütün üzündə uçuq çıxan kiçik qızın yaraları tez-tez qaşındığından açılır və ailəsi qızın yataq dəstini qan üzündən hər gün dəyişdirmək məcburiyyətində qalırdı. Həkimlərin eqzama diaqnozu qoyduğu, ancaq sonradan əsl vəziyyətinin aydın olduğu uşaq sonunda antibiotiklər sayəsində sağlamlığına qovuşub.
Siennanın anası Savina French-Bell, qızının yaşadıqlarını başqa ailələrin də yaşamasını önləmək üçün açıqlama verib. "Biri üzünə turşu atmış kimi görünürdü. Ağızından yanaqlarına və gözlərinin üstünə qədər yayıldı. Yemək yeməyi buraxdı və 8 ay kabusu yaşadıq. Paltarlarında və yatağında davamlı qan ləkəsi olurdu. Onu çölə çıxarmağa qorxurduq. Qaşımasına mane olmağa çalışdım, amma o qədər çox qaşınırdı ki, üzünü kreslolara, masaya hər yerə sürtürdü. İnsanlar pis baxırdı. Heç bir dərman işə yaramadı və üzü daha da betər olmağa davam etdi."
2 yaşında olarkən artıq yemək yeyə bilmədiyi üçün xəstəxanaya yatırdılan qızın eqzama olduğu düşünülsə də, anası çox sonradan dodağında uçuq olan bir qohumunun qızını öpdüyünü və ondan sonra bu yaraların çıxdığını xatırlayıb.
Bununla belə kiçik qıza flucloxacillin antibiotikləri verilincə uçuqların yaxşılaşdığı və üzünün keçmiş  halına döndüyü qeyd edildi. Həkimlərin xəstəliyi aşkarlamada niyə bu qədər gecikdiyi isə hələ cavabsız qalır.
Qızının yaxşılaşmasıyla keçmiş halına döndüyünü ifadə edən ananın yaşadıqları, uşağınızı öpmək istəyənlərə qarşı daha düşünməli olduğumuzu  ortaya qoyur.