Fiko Aİ-ni sərt tənqid etdi: “ABŞ ucuz yanacaq alacaq, Avropa isə qıtlıqla üzləşəcək”

Slovakiyanın baş naziri Robert Fiko ABŞ və Rusiyanın Rusiya istehsalı olan dizel yanacağının tədarükü ilə bağlı razılaşması fonunda Avropa İttifaqı rəhbərliyinin siyasətini sadəlövh adlandırıb.

Sherg.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

“Nə qədər sadəlövh siyasətdir! Vladimir Putin və Donald Tramp arasında Rusiya dizel yanacağının ABŞ-yə tədarükü ilə bağlı razılaşma Avropa İttifaqının siyasi rəhbərliyinin nə qədər sadəlövh olduğunu göstərir”, – deyə Fiko bildirib.

Slovakiya hökumətinin başçısı qeyd edib ki, bu razılaşma nəticəsində ABŞ daha ucuz yanacaq əldə edəcək, Rusiya isə büdcəsinə əlavə gəlir qazandıracaq. Onun sözlərinə görə, eyni zamanda Avropa ölkələri yanacağın bahalaşması və qıtlığı ilə üzləşəcəklər.