8 uşaq atası olan itkin neftçinin cəsədi tapıldı - QƏRARGAH





Martın 20-də dənizdə tapılan kişi meyitinin itkin düşən neftçi olduğu müəyyənləşib.
Qərargahdan Lent.az-a verilən məlumatına görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 20 – də aşkar edilən kişi meyitinin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində "nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965 – ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Güloğlan Zülfiqarov Ələt rayon sakini olub və 8 övladı atasıdır.