“Rayon sakini sadəcə olaraq avtomobil həvəskarıdır. Onun başqa məqsədi yoxdur və avtomobili satması onun şəxsi işidi”
80 yaşlı maşın...
11:07 30.03.2017
Arxiv
535
Elməddin Muradlı deyir ki, belə avtomobillərdən istifadə risklidir
“Rayon sakini sadəcə olaraq avtomobil həvəskarıdır. Onun başqa məqsədi yoxdur və avtomobili satması onun şəxsi işidi”
“Rayon sakini sadəcə olaraq avtomobil həvəskarıdır. Onun başqa məqsədi yoxdur və avtomobili satması onun şəxsi işidi”
Müasir dövrümüzdə sürətli və kreativ avtomobillərin həvəskarı kimi retro maşınların da kolleksiyaçılarına rast gəlmək mümkündür. Belə şəxslərdən biri də Goranboy rayon Dəliməmmədli şəhər sakini Nahid Tanrıverdiyevdir.
1937-ci ildə istehsal olunan "BMW” markalı avtomobil hazırda onun həyətindədir. Fərqli görünüşə malik 80 yaşlı maşın hələ də saz vəziyyətdədir. Yollarda şütüyən zaman hər kəs ayaq saxlayıb maşını izləyir. Almaniyada istehsal edilən, daha çox bu ölkədə filmlərdə çəkilən "BMW-328” Goranboya 7 il əvvəl gətirilib. Rəngi ilə daha çox diqqət çəkən "BMW”-nin qapıları da fərqli formada açılır. Avtomobilə yüksək məbləğdə pul verərək satın almaq istəyənlər də olub. Lakin sahibi maşının hədiyyə olduğunu, bu səbəbdən də heç kəsə satmayacağını bildirib.
Retro maşınların daimi olaraq istifadədə olmasının riskli olduğunu deyən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı belə avtomobil detallarının get-gedə sıradan çıxıb eroziyaya uğradığını və möhkəmliyini itirdiyini bildirib.
Onun sözlərinə görə, heç kim rayon sakini olan N.Tanrıverdiyevə qəti olaraq göstəriş verə bilməz ki, o avtomobili satsın və yaxud satmasın:
"Avtomobili satıb-satmamaq həmin şəxsin öz seçimidir. Bu növ maşınlar Azərbaycanda çoxdur. Belə avtomobillərin orijinallığı, detalları sahibləri tərəfindən qorunur. Əksəriyyətinin detalları dəyişdirilsə də, bəziləri zavoddan necə çıxıbsa elə də qalır. Lakin avtomobil üzərində mühəndis müəyyən yoxlanışlar apara bilər. Dayanıqlığını itirən detallar dəyişdirilə və sonra daimi istifadəsi təmin edilə bilər. Amma bu növ avtomobillər daha çox görünüş üçündür, insanlar buna hobbi kimi yanaşır. Bir qrup insan müasir avtomobilləri, digər insanlar isə retro avtomobilləri kolleksiya kimi yığır. Rayon sakini sadəcə olaraq avtomobil həvəskarıdır. Onun başqa məqsədi yoxdur və avtomobili satması onun şəxsi işidi”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya