Təyyarədəki yeməklərin dadı niyə qəribədir?

“AZAL”ın təyyarələrindəki yeməkləri “Abella” hazırlayır




"Şərq” "Hüriyyət” qəzetinin "Yaponiya Hava Yolları”na istinadən yaydığı məlumata əsasən, təyyarədəki yeməklərin fərqli dada malik olmasına aydınlıq gətirib. Belə ki, sərnişin təyyarəyə mindiyi zaman normal dad alma hissini içəri daxil olarkən itirir.

Uçuş zamanı verilən yeməklər dadsız, duzsuz olur. On min metr yüksəklikdə dad və qoxu alma hissi dəyişir.

"AZAL”ın keçmiş prezidenti Ədalət Əliyev təyyarələrdəki yeməkləri xüsusi şirkətlərin hazırladığını bildirib: "Məsələn, "AZAL”ın təyyarələrindəki təklif edilən yeməklərini dünyaca məşhur "Abella” şirkəti hazırlayır. Bu şirkət təkcə Dubay şəhərindən təyyarə ilə gedənlərə gündəlik 15000 nəfər üçün yemək hazırlayır. Həm də təyyarədə istifadə edilən yeməklərə ciddi nəzarət edilir, qidalar yoxlanılır. Əgər yeməklərin dadında fərqlilik hiss olunursa, şirkət həmin təyyarələr üçün yemək hazırlayan şirkəti dəyişməlidir”.

Sərnişinlərin təyyarədə uçuş zamanı hansı yeməklərdən istifadə edilməsinə gəlincə, keçmiş "AZAL” rəhbəri təyyarəyə müxtəlif qidaların verildiyini söyləyib: "Təyyarəyə verilən qidalardan toyuq, balıq, mal ətlərindən hazırlanan yeməklər də təklif edilir. Bununla yanaşı, sərnişinin hansı kateqoriya uçuş salonunda getməsindən asılıdır. Çünki hər salonun öz qiymətinə uyğun yemək və xidmət menyusu var. Biznes və Ekonom klass salonlarında bir növ yeməklər verilir. Birinci sinif yeməklərdə isə 3-4 cür yeməklər təklif edilir”.

Vüqar Şahinoğlu