Bu fotolar Cənub Sudanda Dinka xalqının həyatını göstərir. Dinkalılar Cənub Sudanda vətəndaş müharibəsidən bu yana dünya ilə bağlantısını kəsmiş vəziyyətdə qəbilə ərazisində yaşamaqdadır.
Mərkəzə uzaq olan bu bölgədə keçmiş həyat şərtləri qorunmaqdadır. Başlıca məşğuliyyətləri heyvandarlıq olan dinkalılar, oktyabrdan aprel ayına qədər mal sürülərini çay sahilindəki otlaqlara aparır. Mal-qara, Dinka xalqı üçün ən əhəmiyyətli bir həyat qaynağıdır. Onlar üçün mal-qara qida, zənginlik və ictimai status kimi az qala hər şeyi təmsil edir. Dinka xalqı başlıq pulunu mallarla ödəyir. Bir başqa Dinka adəti isə inək sidiyi ilə düş qəbul etməkdir. Sidik dinkalıların saçlarını turuncuya çevirir. Bu, qəbilə içində heyranlıq duyulan bir rəngdir.