Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vaşinqtona səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, erməni nazir ölkəsinin Türkiyəyə qarşı ərazi iddiasının olmadığını bəyan edib. Onun sözlərinə görə, Ermənistanın Türkiyə ilə münasibətlərin norlamallaşdırılması məsələsində heç bir ön şərti yoxdur.
Jurnalistlər Serj Sarkisyanın əvvəlcə Vaşinqtona, sonra Moskvaya səfər etməsinin ABŞ administrasiyası tərəfindən necə qarşılanacağı ilə bağlı sualı belə cavablandırıb: "Bizim Rusiya ilə mükəmmək strateji münasibətləriniz var. Eyni zamanda, ABŞ-la da çox güclü işbirliyi mövcuddur. Belə bir vəziyyətdə prezindetin əvvəlcə Vaşinqtona, sonra Moskvaya və ya əvvəlcə Moskvaya, sonra Vaşinqtona səfər etməsinin heç bir önəmi yoxdur".