ABŞ bunu ilk dəfə etdi




ABŞ Suriyada müxalif qruplara havadan silah və sursat yardımı  etdi. "Reuters"ə danışan müxalif qruplardan birinin komandiri, Mareyə havadan silah dəstəyi verildiyini söylədi.

Türkiyə sərhədindən təxminən 20 kilometr uzaqlıqda olan Maredəki komandir "Reuters"ə, "Vəziyyət pisə gedirdi. Müttəfiqlər sursat göndərdi" deyib. Müxalif qruplara yaxınlığıyla tanınan London mərkəzli Suriya İnsan Haqqları Rəsədxanası da havadan edilən silah yardımını təsdiq etdi.

"Reuters", ABŞ-ın ilk dəfə müxalif qrupa havadan silah dəstəyi verdiyini söyləyir.