ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var




ABŞ-da atışma olub. "Report" xəbər verir ki, bu barədə KMGH-TV məlumat yayıb.

Məlumata görə, hadisə Kolorado ştatında, Denverdəki məktəblərdən birində baş verib. Qeyd edilir ki, atışma zamanı 2 nəfər yaralanıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi zərərsizləşdirib. Məlumata görə, şübhəli şəxs özü də yüngül xəsarət alıb.

Daha əvvəl ABŞ-da baş vermiş atışmada 5 nəfər xəsarət alıb.