ABŞ-da təyyarə qəzası baş verib




ABŞ-da təyyarə qəzası baş verib. Bu barədə "Fox7" telekanalı xəbər verir.

Məlumata görə, hadisə Virciniya ştatında, Frederiksberq şəhərində qeydə alınıb. Yüngülmühərrikli təyyarə magistral yolun yanında yerə düşərək yanıb. Qəza zamanı 1 nəfər həlak olub.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin mütəxəssisləri qəzanın başvermə səbəbini araşdırır.