ABŞ-dan Türkiyəyə çağırış: Zərbələr endirməyə son qoyun!







ABŞ Türkiyəni Hələb yaxınlığında kürd və suriyalı silahlıların mövqelərinə zərbələr endirməyə son qoymağa çağırıb. APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.

YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.