ABŞ-ın Gürcüstana yardımı səbəbsiz deyil
21:18 02.02.2016
Arxiv
767
Vaşinqton istəmir ki, Tiflisin Rusiya və Ermənistanla əlaqələri genişlənsin
ABŞ Gürcüstanın Ermənistanla sərhəddinin möhkəmləndirilməsi üçün Tiflisə 10 milyon dollar ayırıb. Məlumata görə, müvafiq saziş Tiflisdə Gürcüstan Sərhəd Polisi ilə ABŞ-ın hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.
Anlaşma əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparan videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur. İlk növbədə "Qasımlı” və "Keda” sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə deyib ki, son zamanlar Gürcüstan hakimiyyətinin Rusiya ilə qaz danışıqları aparması Vaşinqtonu narahat edir: "İran qazının Ermənistan vasitəsilə Gürcüstana çatdırılması məsələsi gündəmə gəlib. Ağ Evin maraqlarına cavab verən odur ki, Tiflis Bakı ilə strateji mütəffiqliyini dərinləşdirsin. Bundan başqa, ABŞ istəmir ki, Tiflisin Rusiya və Ermənistanla əlaqələri genişlənsin. Belə olarsa, artıq İran, Ermənistan və Rusiya üçbucağı yaranır. Məhz, bu məqsədlə Ağ Ev Gürcüstan sərhəddlərini möhkəmləndirir. Eyni yardımları ABŞ vaxtilə Azərbaycana da göstərib. Misal olaraq, Xəzərdəki
və cənubdakı sərhəddlərimizi mükkəməl şəkildə qorumaq üçün müvafiq avadanlıqlar vermişdi. Görünür, eyni addımı Gürcüstan üçün də atır. Bir sözlə, ABŞ Cənubi Qafqazda Rusiya və İranın möhkəmlənməsini istəmir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat