ABŞ "İnterpol"un yeni rəhbərinə xeyir-duasını verdi




"İnterpol”un yeni rəhbəri Kim Çon Yan bu iş üçün seçilmiş doğru bir insandır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O bildirib ki, məhz Yanın rəhbərliyi ilə dünyada beynəlxalq təhlükəsizliyin qorunacağına böyük ümid yaranır:
"Birləşmiş Ştatlar "İnterpol” rəhbəri seçilməsi münasibətilə Kim Çon Yanı təbrik edir”.

Qeyd edək ki, çərşənbə günü K.Ç.Yan "İnterpol”un yeni rəhbəri seçilib.