ABŞ müdafiə nazirindən bəyanat: "...Vaşinqton Pxenyanla sürətli müharibəyə başlayacaq"




Şimali Koreyaya məxsus bir element belə,  ABŞ torpağında görünərsə, Vaşinqton Pxenyanla sürətli müharibəyə başlayacaq. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, bu bardə ABŞ-ın müdafiə naziri Jim Matis bəyanat yayıb. O qeyd edib ki, Pentaqon Quam adasını təhdid və təhlükə altında saxlayan bütün raketləri vuracaq: 

"Şimali Koreya raketlərinin hədəflərini asanlıqla müəyyən edə bilərik. Harada və necə olursa olsun, öz torpaqlarımızı qoruyuruq. Pxenyan öz təhdidlərini və hücumlarını dayandırmasa çox ciddi hadisələr baş verə bilər". 

Qeyd edək ki, ötən həftə Şimali Koreya Ağ evi ABŞ-ın raketlərini yerləşdirdiyi Quam adasına 4 raket atacağı ilə hədələyib.

Tərcümə etdi: Ayyət ƏHMƏD