“ABŞ narahatlığımızı anlamalıdır“





"ABŞ Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını diqqətdə saxlamalıdır”.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ ABŞ-ın "Fətullah Gülən hərəkatını terror təşkilatı olaraq görmürük” açıqlamasına münasibət bildirərkən deyib. "Təbii ki, məsələ ilə bağlı son qərarı özləri verəcəklər. Biz digər sahələrdə olduğu kimi, bu mövzuda da ABŞ-la dost və müttəfiqlik əlaqələrimizi davam etdirmək istəyirik. Türkiyənin xarici və daxili təhlükəsizliyi diqqətə alınmalıdır. ABŞ-dan tələbimiz də məhz budur”, - Bozdağ bildirib.
Bozdağ Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı sənədləşmə proseslərinin davam etdiyini bildirib.