"ABŞ Qarabağ konfliktini həll etmək prosesinə töhfə verməyə çalışır" - AKTUAL

"Bu missiyaya Bolton başçılıq edir. Ağ Ev Ermənistandan yeddi rayonun boşladılmasını istəyir. Əvəzində kommunikasiyaların açılması istənilir"
"Con Boltonun Ermənistan baş naziri Nikol Paşinyana zəngindən bir neçə gün sonra, Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Qarabağ münaqişəsini müzkirə etməsi Vaşinqtonun prosesi ələ almağa çalışdığının göstəricisidir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitikin sözlərinə görə, Ermənistanda məxməri inqilabdan sonra Vaşinqtonun fəallaşması əsasən, Rusiyanın regiondan çıxarılmasına hesablanıb:
"Qarabağ münaqişəsi ABŞ-ın regionda aktiv siyasi fəaliyyətinə ciddi əngəl olur. Ermənistanda öz adamlarını hakimiyyətə gətirəndən sonra ABŞ, məhz Qarabağ konfliktini həll etmək prosesinə töhfə verməyə çalışır.
Məhz bu missiyaya Bolton başçılıq edir. Ağ Ev Ermənistandan yeddi rayonun boşladılmasını istəyir. Əvəzində kommunikasiyaların açılması istənilir.
Qarabağın statsusu isə gələcəyə saxlanılır. Görünür, bu planın həyata keçirilməsi Paşinyan üçün dalan vəziyyəti yaradıb. Rəsmi Bakının aktiv və nikbin notda danışıqlara getməsi bununla bağlıdır. Nikol Paşinyan məhz Boltonun təlimatı ilə aktiv Qarabağ danışıqlarına başlayıb. Paşinyanın Robert Koçaryana və "Qarabağ klanı”nın digər üzvlərinə təqibləri Vaşinqtonun göstərişi ilə həyata keçirilir. Çünki bunlar birbaşa Rusiyanın dayaqlarıdır, bu dayaqlar zəifləməsə, Qarabağ danışıqlarında ciddi nəticə əldə edilməyəcək”.
Ekspertin sözlərinə görə, hazırda Paşinyan "Qarabağ klanı”nın ciddi təzyiqləri ilə üzləşir, ittihamlar irəli sürülür:
"Rusiya hələ ki kənardan prosesləri izləyir. Moskva çalışacaq ki, münaqişənin həllinin Vaşinqton tərəfindən aparılamsının qarşısını alsın. Paşinyan da daxili təhlükəyə görə, imitasiya apara bilər. Artıq Rusiyadan "SU-30” hərbi qırıcıların alınması barədə də açıqlamalar verilir. Əgər Paşinyan ABŞ-ın vasitəçilyindən yayınarsa, Vaşinqton Paşinyandan əlini üzəcək. Nəticədə Rusiya Paşinyanı devirə bilər. Paşinyan birbaşa ABŞ-ın maliyyə dəstəyi ilə hakimiyyətə gəldiyi üçün Amerikanın geosiyasi maraqlarını təmin etməlidir. Burada Qarabağ münaqişəsinin həlli öz əksini tapıb”.
İsmayıl