ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb - YENİLƏNİB






ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.
"ABŞ qoşunlarını çıxarmağa başlamışıq, bu kampaniyanın sonrakı mərhələsinə keçirik”, – deyə onun ABŞ-ın Suriyadakı əməliyyatlarına həsr olunmuş yazılı açıqlamasında qeyd edilib.

****

Vaşinqton Suriyadakı bütün hərbçilərini çıxarmağı planlaşdırır. "Report” xəbər verir ki, məlumatı "Reuters” agentliyi yayıb.
Məlumata görə, ABŞ müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxracağı barədə xəbərdarlıq edib.