ABŞ səfiri : "İşğal altındakı ərazilər qaytarılmalıdır"
11:40 10.02.2016
Arxiv
628
"Mən Konqresmen Şiffin etdiyi söhbətlərdən agah deyiləm və bu barədə şərh verə bilməyəcəyəm”.
Bunu APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta amerikalı konqresmen Adam Şiffin Dağlıq Qarabağla bağlı qətnaməninAŞPA-da keçməməsində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın da rolu olması barədə açıqlamasını şərh edərkən deyib.
O, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşması barədə etdiyi bəyanatı təkrarlayıb: "Münaqişənin hərtərəfli həllinin bir hissi olaraq işğal altında olan ərazilər qaytarılmalıdır. Həmçinin sözügedən hərtərəfli həll çərçivəsində Dağlıq Qarabağın statusu da müəyyənləşdiriləcək”.
Amerikalı ermənipərəst konqresmen Adam Şiff qətnamənin keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib, bildirib ki, qətnamə müzakirə edilməmişdən əvvəl o, ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət edib və həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini deyiblər.
Qeyd edək ki, Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat