S.Cəlaloğlunun sözlərinə görə, artıq keşiş Branson məsələsi hüquqa münasibət məsələsinə çevrilib:
“ABŞ Türkiyəyə sansanksiyaları ilə bütün türk dünyasına hörmətsizlik edir” - ETİRAZ
13:22 02.08.2018
Arxiv
850
ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı rahib Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.
Türkiyə rəsmiləri isə Vaşinqtonun türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq etməyə dair qərarının qanunsuz və özbaşına olduğunu düşünür. Onların fikrincə, sanksiyalar ABŞ-ın Türkiyənin məhkəmə orqanlarına hörmət etməməsinin göstəricisidir.
İki dövlət arasında gərginləşən münasibətlə bağlı "Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, politoloq Sərdar Cəlaloğlu Türkiyəyə qarşı atılan addım bütün türk dünyasına hörmətsizlikdir. ABŞ bunu nəzərə almalıdır:
"Vaşinqtonun məhz iki türk nazirə sanksiya tətbiq etməsinin səbəbi var. Həbs olunan rahib Branson məsələsi birbaşa Ədliyyə və Daxili İşlər nazirliklərinin tabeliyindədir. DİN hər hansı şəxsin həbsini, Ədliyə Nazirliyi isə məhkəmə prosesini həyata keçirir. İki nazir haqqında sanksiya tətbiq edilməsi bununla bağlıdır. Düşünürəm ki, Türkiyə mütləq bunun qarışıqlığını verəcək və adekvat addım atacaq. Amma burada üçüncü məsələ də var. ABŞ sadəcə olaraq keşişin günahsız olduğunu iddia etmir. Sadəcə olaraq rahibin azad edilməsini tələb edir. Problem ondadır ki, bu tələb hüququn mahiyyətinə ziddir. Əgər qanun qarşısında hamı bərabərdirsə, saxlanılan şəxsin adi vətəndaş və ya keşiş, siyasətçi olmasının heç bir fərqi yoxdur. Bu baxımdan Amerikanın bu addımı həm də beynəlxalq hüquq normalarına qarşı bir sayğısızlıqdır. Amerika doğurdanda bu adamı günahsız hesab edirsə, güclü vəkillər tutar və sübut edər ki, rahibin heç bir suçu yoxdur. Lakin bunu etmir. Belə çıxır ki, istənilən amerikalı dünyanın harasında olsa cinayət törədər və heç kim onu saxlamaz. Məsuliyyətdən yayınmaq digər amerikalıların özbaşınalığına yol açır”.
S.Cəlaloğlunun sözlərinə görə, artıq keşiş Branson məsələsi hüquqa münasibət məsələsinə çevrilib: "ABŞ-ın yeni adminstrasiyası Amerikanın müttəfiqləri üçün ciddi problemlər yaratmaqdadır. Bir müddət əvvəl Çinlə konflikt yaşandı, İran və Rusiya ilə münasibətlər kəskinləşdi. Hətta Avropa ölkələri ilə də əlaqələr korlanıb.
İndi də Türkiyə ilə süni problem yaratmağa çalışırlar. Amerika bütün dünya ilə düşmən olmaq həddindədir. Vurğulamaq lazımdır ki, Türkiyə bütün dünya üçün strateji əhəmiyyətə malik bir ölkədir. Regional məsələlərin həllində Türkiyənin iradəsi böyük rol oynayır. ABŞ öz müttəfiqi Türkiyə ilə qarşıdurma siyasətini aradan qaldırmalıdır. Ankara hökuməti də ABŞ-dan FETÖ liderini tələb edir, amma Vaşinqton onu vermir. Deməli Türkiyə də Amerikanın müvafiq nazirliklərinə sanksiya tətbiq edə bilər. İki dövlət arasında yaranan problemlər analojidir. ABŞ burada haqlı deyil, düzgün qərar verən tərəf Türkiyədir. Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq