ABŞ və NATO razılıq verib
21:37 08.12.2015
Arxiv
743
Bərzaninin Türkiyəyə gəliş səbəbi İraqa yeridilən ordu ilə bağlıdır
İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani Türkiyəyə səfər edəcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazirin sözlərinə görə, səfər dekabrın 9-da gerçəkləşəcək. Xatırladaq ki, Türkiyə hökumətinin İraqın şimalına yeni hərbi qüvvə göndərmək barədə qərarı İraq hökumətinin kəskin etirazına səbəb olub.
Belə ki, Türkiyə rəhbərliyi 2 ildir İraqda yerli kürd, ərəb və türkmən qruplarına təlim keçən hərbiçilərinin sırasını genişləndirərək oraya azı 150 hərbiçi və 25-ə qədər tank göndərib. İraq hökuməti isə bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və Türkiyə hökumətindən öz hərbiçilərini İraq ərazisindən dərhal çıxarmağı tələb edib.
Kürd liderin Türkiyəyə səfərini şərh edən Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Mirinin sözlərinə görə, Bərzaninin gəliş səbəbi İraqa yeridilən ordu ilə bağlıdır: "Türkiyənin Mosula hərbiçi göndərməsi, bilavasitə NATO-nun və ABŞ-ın məlumatı və icazəsi çərçivəsində reallaşıb. Baxmayaraq ki, Amerika rəsmiləri məsələdən xəbərsiz olduqlarını iddia edirdilər, amma bu, heç də inandırıcı deyil. Əgər elə olsaydı, Qərb ölkələri "Türkiyə İraqa hərbi müdaxilə etdi” deyə məsələni beynəlxalq səviyyəyə qaldırardı. Bəllidir ki, Türkiyə İraqa girməzdən qabaq öz hərbi müttəfiqlərini məlumatlandırıb. O da aydındır ki, türk ordusunun İraqda fəaliyyəti üçün Türkiyəyə yeganə müttəfiq peşmərgə kürdlərinin lideri Məsud Bərzani hesab olunur. Görünür, ABŞ da buna razılıq verib. Çünki Türkiyənin Mosulda olmasının mühüm səbəbindən biri Mosul və Kərkükdə olan enerji daşıyıcıları ilə bağlıdır. Bilirsiz ki, bu şəhərlərdə böyük miqdarda neft və qaz yataqları var. Türkiyə Yaxın Şərqdə, xüsusən həmin regionda formalaşan yeni düzəndə öz ağırlığını qoymaq istəyir. Çalışır ki, gələcəkdə Kərkük və Mosulda istehal olunan neft və qaz yataqları bilavasitə Kərkük-Ceyhan kəməri ilə Türkiyə üzərindən dünya bazarına çıxarılsın. Ancaq Türkiyənin İraqda olmasını istəməyən İran, Rusiya və Suriya hər vəchlə buna qarşı çıxmaq istəyir. Rusiya da öz növbəsində neftin Kərkükdən Türkiyəyə yox, hərbi bazasının yerləşdiyi Latakiyadan keçərək Aralıq və Ağ dəniz sahillərinə çıxışını təmin etmək istəyir. Hazırda savaş bunun üzərində gedir”. Ekspertin fikrincə, kürd lider Bərzaninin Türkiyə ilə müttəfiq olması ən sonuncu məsələdir: "Maraqlısı odur ki, İraq, Suriya, Rusiya və İran dövlətindən gələn təzyiqlərə rəğmən Bərzani Türkiyə ordusunun Mosula müdaxiləsindən məmnun olduğunu bəyan etdi. Bundan sonrakı proseslərin müəyyən olunması və yeni "yol xəritəsinin” çəkilməsi üçün Bərzaninin Türkiyəyə səfər etməsi çox vacibdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol
Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
12:51 10.03.2026
Gündəm
Məşhurlar imiclərini yenilədi - Sarışın oldular
12:50 10.03.2026
Şou
İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir
12:43 10.03.2026
Sağlamlıq