ABŞ və Rusiya anlaşma imzalamağa hazırlaşır





Suriyadakı Rusiya və ABŞ qüvvələri yeni razılaşma ərəfəsindədir. Hava əməliyyatları zamanı koordinasiyanın nəzərdə tutulduğu yeni razılaşma yaxın bir neçə gün ərzində imzalanacaq.
Axar.az xəbər verir ki, bu iddia ilə Rusiyanın "İsvestiya” qəzeti çıxış edib.
Nəşrin yüksək diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, anlaşma mətni hazırlanaraq ölkə rəhbərliyinə təqdim edilib
"Suriyadakı Hmeymim bazası və İraqın paytaxtı Bağdaddakı əməliyyat-qərargah mərkəzindəki hərbçilər məlumat mübadiləsi aparacaq”.