Suriyada vətəndaş müharibəsidən qaçaraq sərhədə sığınanlar, düşərgələrdə özlərinə yer etmək üçün zeytun ağaclarının arasında çadır qurub. Palçığın içində həyat mücadiləsi verən suriyalıların yeməkləri tükənincə ən əzablı günləri başlayıb.
Suriya-Türkiyə sərhədindəki Hələbə aid Azez qəsəbəsi çöllüklərində insanlıq dramı yaşanır. Suriya ordusu, PYD, IŞİD və rus döyüş təyyarələrinin borbardmanından qaçan minlərlə adam zeytun bağçalarında qurduqları çadırlarda həyatla mübarizə aparırlar. "Milliyyət"in əmədaşı , Hələbin şimalında yerləşən Azez qəsəbəsinə aid Burakatı, Sovaran və Qızılmazara kimi kəndlərdən qaçan suriyalıların yaşadığı insanlıq dramına şahid olub.
Əsədə aid Suriya ordusu, PYD, IŞİD və rus döyüş təyyarələrinin borbardmanından qaçaraq Türkiyəyə sığınmaq istəyən kəndlilər, qapıların üzlərinə bağlanması ilə Suriya içindəki düşərgələrə yerləşdirildi. Bu düşərgələrə yerləşmək istəməyən, ya da yer tapa bilməyən suriyalılar isə zeytun bağçalarında məskunlaşıb. Kilis sərhədində 6-7 kilometrlik sahəyə yayılan bağçalarda öz imkanlarıyla qurduqları çadırlarda yaşayan minlərlə suriyalı, yeməkləri tükəndiyi üçün günlərini ərazidən yığdıqları otları qaynadıb yeyərək keçirirlər.
Ərazidən yığdığı otları doğrayan 6 uşaqlı Əminə Yusuf da Burakatı kəndindən bir həftə əvvəl gəldiklərini ifadə edərək bunları izah edir:
"Yeməyimiz qalmadı. IŞİD qapıya s
dirənmişdi, ancaq bir neçə əşya götürə bildik. Ərim yemək , çörək tapmağa gedib. Mən də yığdığım otu suda qaynadıb süzdükdən sonra zeytun yağı tökərək yemək edirəm. Gündə bir dəfə bunu yeyə bilirik. Həyatda qalmaq üçün nə yeyə bilərik ki? Ən böyük çətinlik su, ədyal və qış paltarlarının olmamasıdır."