
Açıq tipli hostellərdə insan alverinin baş verməsi ağlasığan deyil
07:05 07.05.2019
Arxiv
723
"Əgər kimsə fəaliyyət göstərdiyi yerdə əxlaqsızlıq yuvası açıbsa, bu qanunla təqib olunur""Düşünürəm ki, Tahir Kərimli huquqşünas olaraq hara məlumat verməyi və sübutları təqdim etməyi də kifayət qədər yaxşı bilən şəxsdir"
İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun Milli Məclisdə 2018-ci il üzrə təqdim etdiyi hesabat zamanı millət vəkilləri hostellər probleminə toxunub. Millət vəkili Tahir Kərimli yaşadığı binanın bir hissəsinin bəzi şəxslər tərəfindən hostelə çevrildiyini, orada əxlaqsızlıq yuvası yaradıldığını, insan alveri ilə məşğul olunduğunu deyib. «Qanunvericiliyə əsasən çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi gerçəkləşdi, indi biz bunun acı nəticələrini yaşamaqdayıq. Bununla da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb. Nəticəsi yoxdur» deyən millət vəkili bina sakinlərinin artıq oradan köçmək məcburiyyətində qaldıqlarını da söyləyib. Millət vəkili bu bəlaya bir çarə tapılmasını istəyib və bildirib ki, hostellər elə yerdə fəaliyyət göstərməlidir ki, ayrıca giriş-çıxışları olsun.
Deputat Araz Əlizadə də qeyd edib ki, vaxtilə Rusiyada da çoxmərtəbəli binalarda hostellərin fəaliyyitinə icazə verilib. Lakin sonra onların fərqli məqsədlər üçün istifadə edildiyi bəlli olduqda yalnız birinci mərtəbələrdə hostellər yaradılmasına icazə verildiyini xatırladıb.
«Biz Filippin, Tailanda çevrilmək istəyirik?!» deyə etiraz edən deputat insan alverinə qarşı mübarizənin tərkib hissəsi kimi hostellərlə bağlı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Məsələyə münasibət bildirən «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında qeyd etdi ki, açıq tipli hostellərin insan alveri üçün münbit məkana çevrilməsi ağlasığan deyil:

- Əgər kimsə qanun çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, bu fəaliyyətə heç kim mane ola bilməz. Əgər kimsə fəaliyyət göstərdiyi yerdə əxlaqsızlıq yuvası açıbsa, bu qanunla təqib olunur və düşünürəm ki, Tahir Kərimli huquqşünas olaraq hara məlumat verməyi və sübutları təqdim etməyi də kifayət qədər yaxşı bilən şəxsdir.
Yox əgər, hostellərin fəaliyyətindən narazılıq orada yaranan səs-küylə bağlıdırsa, bu da qanunla tənzimləndiyindən hansı addımlar atılması qaydasını hörmətli Tahir müəllim yaxşı bilir.
Xatırladaq ki, bir neçə il əvvəl Binəqədi rayonu ərazisində yerləşən motellərdən birində qətl hadisəsi baş vermişdi. Bu prizmadan yanaşsaq, motel və hostel tipli qonaq evləri heç də təhlükəsiz sayılmaz. Belə məkanlara daimi nəzarət varmı?
Suala cavabında M.Zeynalova qeyd etdi ki, hazırda bu tip məkanlara ciddi nəzarət var:
- Bir də ki, sahibkar özü təhlükəsizlik tədbirləri görməlidir. Eyni zamanda, düşünürəm ki, belə açıq tipli hostellərdə insan alverinin baş verməsi ağlasığan deyil. Çünki hostellər adətən ümumi yaşayış yeri olur. İnsan alveri isə zor və güc tətbiq edilməsi, həmçinin nəzarət tətbiq edilən bir prosesdir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət