Açıqlandı: Sabiq rusiyalı deputatı Parşov Pavel Aleksandroviç öldürüb
10:51 24.03.2017
Arxiv
452
"Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətli Ukrayna vətəndaşı, 1988-ci il təvəllüdlü Parşov Pavel Aleksandroviç tərəfindən törədilib. O, Sevastopolda doğulub, Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub”.
APA-nın xəbərinə görə, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşşenko özünün "Facebook” səhifəsində yazıb. A. Geraşşenko bildirib ki, P. Parşov həyatı boyunca rəsmi şəkildə Ukraynadan kənara çıxmayıb: "Lakin 2015-ci ilin fevralında o, Belarusla sərhəddəki nəzarət-buraxılış məntəqələrindən biri vasitəsilə Ukrayna sərhədini piyada keçib. Sonra Rusiyaya gedərək hələ Stalin NKVD-si dövründə yaradılmış diversantlar üçün məktəbdə xüsusi təlim kursu keçib. Onun qarşısında tapşırıq qoyulub ki, Ukrayna ordusu və ya Milli Qvardiyasının sıralarına qoşulsun. Sağlam, güclü gənc insan olan bu Ukrayna vətəndaşı tapşırığı uğurla yerinə yetirib. Hərbi əməliyyatlarda iştirak etməyib. 2016-cı ilin avqustunda tərxis olunub və Moskvadan komanda gözləməyə başlayıb. Həmin komanda gəlib və onu icra edərək Denis Voronenkovu özü ilə məzara aparıb”.
A. Geraşşenko qeyd edib ki, istintaq qətlin bütün hazırlıq və təşkilatı tərəflərini araşdırır: "Qətldən keçən saatlar ərzində istintaqa artıq çox şey məlumdur”.
Nazir müşaviri bildirib ki, bundan sonra Ukrayna Silahlı Qüvvələrinə, Milli Qvardiyaya qəbul üçün yoxlanış meyarlarına ciddi şəkildə yenidən baxılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət