AFR hökuməti bundesverə xüsusi rol həvalə edir




Almaniya hökuməti üçün ölkənin müdafiə sənayesi həm bu ölkənin, həm də bütün Avropanın təhlükəsizliyinin təminatında əsas rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu barədə federal kansler Angela Merkel bəyan edib. Kansler deyib: "Bu, bizim təhlükəsizliyimizə strateji əminlik verir. Hər bir sahədə əsas texnologiyaların inkişafına və yenilərinin işlənib hazırlanmasına prioritet verilməlidir”. Silah ixracatı isə onun sözlərinə görə, təhlükəsizlik siyasətinin, habelə Almaniya və Avropa maraqlarının müdafiəsinin alətidir.

"Silah ixracatı üzrə ümumavropa direktivləri eynidir. Prioritet keyfiyyətə verilir. Patrondan tutmuş tankadək - azacıq da olsa belə qüsura yol verilməməlidir”, - deyə Merkel qeyd edib.

"Biz təhlükəsizliyimizdən ötrü Əfqanıstanda və ya Suriyada həyatını riskə atmağa hazır olan bütün zabitlərimizə minnətdarlığımızı bildiririk. Eyni zamanda, biz bundesverin bu rolunun cəmiyyət tərəfindən qəbul edilməsi istiqamətində kampaniya aparırıq”, - deyə federal hökumətin rəhbəri bildirib.