Azad İsazadə: "Bəzən biz psixoloqlar düşünülmüş şəkildə pasiyenti ağladırıq ki, ürəyi boşalsın. Əslində kədərli hadisələri yada salmaqla da stresi azaltmaq mümkündür"
Ağlamaq həqiqətən insanı stresdən qurtarır
10:14 16.10.2018
Arxiv
857
Bu müalicə üsulu gülüş və yuxudan daha effektivdir
Azad İsazadə: "Bəzən biz psixoloqlar düşünülmüş şəkildə pasiyenti ağladırıq ki, ürəyi boşalsın. Əslində kədərli hadisələri yada salmaqla da stresi azaltmaq mümkündür"
Azad İsazadə: "Bəzən biz psixoloqlar düşünülmüş şəkildə pasiyenti ağladırıq ki, ürəyi boşalsın. Əslində kədərli hadisələri yada salmaqla da stresi azaltmaq mümkündür"
Yaponiyada həm tələbələrin, həm də işçilərin psixi sağlamlığını təmin etmək, stressi aradan qaldırmaq məqsədilə məktəblərdə və şirkətlərdə tədris olunan "ağlamaq məşğələləri” zaman keçdikcə daha çox populyarlıq qazanır.
Ekspertlər göz yaşlarını yığılan gərginlikdən müdafiə vasitəsi hesab edirlər. Mütəxəssislərin fikrincə, ağlamaq stresdən qurtulmaq üçün gülüş və yuxudan daha effektivdir. Göz yaşlarını stimullaşdırmaq üçün sentimental filmlərdən, qəmli musiqilərdən və ilhamverici kitablardan istifadə etmək lazımdır.
2015-ci ildə Yaponiyada qüvvəyə minən qanuna görə, əməkdaşlarının sayı 50 nəfəri ötən yerli kompaniyalar öz işçiləri arasında stres testi keçirməlidir.
Ağlamaqla daxildə olan mənfi emosiyanın daha tez çıxmasına nail olmağın mümkünlüyünü qeyd edən psixoloq Azad İsazadə "Şərq"ə açıqlamasında bu səbəbdən qadınların kişilərdən daha çox yaşamasını diqqətə çatdırıb: «Çünki qadın ağlamaqla dərdi içində saxlamır. Kişilərə isə ağlamaq ayıb sayılır deyə susub saxlayırlar. Bəzən biz psixoloqlar düşünülmüş şəkildə pasiyenti ağladırıq ki, ürəyi boşalsın. Əslində kədərli hadisələri yada salmaqla da stresi azaltmaq mümkündür. Problemi olan insan ağlayaraq, hər dəfə danışaraq sıxıntıdan çıxır. Sıxıntı danışmaqla sadələşir".
A.İsazadə onu da bildirib ki, Yaponiyanın böyük korporasiyalarında xüsusi bir mərtəbədə böyük trenajor zallarında rezindən düzəlmiş bütün rəhbərlərin sifətləri var. Əsəbiləşən şəxs onlara döyüb vurmaqla aqressiyadan, hirsdən uzaqlaşa bilər. Amma yapon və Azərbaycan cəmiyyəti fərqlidir:
"Bizdə buna o qədər də ehtiyac yoxdu. Çünki Azərbaycanda ailə anlayışı daha genişdi. Və o böyük ailənin içində (xala, dayı, bibi, əmi, nənə, baba) psixoloji funksiya daşıyan bir neçə qohum var. Məsələn, bizim hər birimizin yanında ağlaya biləcəyimiz, hirsli olanda dava edə biləcəyimiz, maddi sıxıntımız olanda borc istəyə biləcəyimiz və hər bir yarana biləcək psixoloji problemə qarşı məsləhətçi və kömək edən insan var.
Bu səbəbdən də Azərbaycanda psixoloji yardıma və psixoloqa o qədər də ehtiyac duyulmur. Yapon, yaxud qərb cəmiyyətində ailə 2, 3, maksimum 4 nəfərdən ibarətdir. Onlar öz problemlərini yaxınları ilə bölüşmürlər. Məsələn, əgər övlad öz problemini ailəsinə açıb danışmırsa, onlar özləri ondan soruşmazlar. Bizdə isə valideynlər, əmilər, bibilər hər bir işə qarışırıq və problemi həll etməyə çalışırıq deyə belə bir addım atmağa ehtiyac yoxdu".
İlahə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi