Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Cared Kuşner ilə birlikdə Ukrayna və Rusiyaya səfərləri zamanı əhəmiyyətli irəliləyişlərin əldə edildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə S.Uitkoff X sosial media platformasında yazıb.

Uitkoff həmçinin qeyd edib ki, ruslar və ukraynalılar Amerika nümayəndə heyəti ilə görüşlər keçirmək üçün hər iki ölkənin paytaxtlarına hava hücumlarının üç günlük dayandırılması barədə razılığa gəliblər.

Qeyd edək ki, amerikalı nümayəndələr əvvəlcə Moskvada, daha sonra isə Kiyevdə görüşlər keçirib.