Mersində anbarda 1 ton 250 kiloqram narkotik maddə müsadirə edilib

Türkiyənin Mersin şəhərində polis əməliyyat zamanı anbarda 1 ton 250 kiloqram sintetik narkotik xammalı ələ keçirib.

Teleqraf xəbər verir ki, axtarışlar zamanı 1 ton 250 kiloqram sintetik narkotik xammalı və 6 milyon boş kapsul müsadirə edilib.

Hadisə ilə bağlı araşdırma davam edir.