Ailəsi əngəlli uşağı dəmirə bağladı

Curiyadakı vətəndaş müharibəsidən qaçaraq Şanlıurfanın Siverek qəsəbəsinə yerləşən ailənin, əngəlli uşaqlarını soyuq havada qapının önündəki dəmirə iplə bağlaması reaksiyaya səbəb oldu.
Suriyadakı vətəndaş müharibəsidən qaçaraq Siverekin Esmerçayır məhəlləsində bir mənzilin zirzəmisinə yerləşən suriyalı ailə, iddiaya görə əqli problemi olan Saleh adında 9 yaşlarındakı uşaqlarını, küçədə evlərinin pəncərəsinin dəmirinə bağladı. Ayağına bağlanan ipdən xilas olmaq üçün çırpınan əngəlli uşağın tez-tez qışqırdığı ifadə edildi. Ətrafdakı vətəndaşların cib telefonuyla çəkdiyi əlil uşaq, məhəllə sakinlərinin reaksiyasından sonra ailəsi tərəfindən ipdən açılaraq içəri alındı.