Ailəsi küçəyə atdı

8 ay küçələrdə həyat mübarizəsi apardı
Nigeriyada iki yaşlı uşaq ailəsi tərəfindən "cadugər” olduğu iddiası ilə küçəyə atıldı. 8 ay küçələrdə həyat mübarizəsi aparan uşağa, bölgədə insanlara könüllü yardımçı olan Danimarkalı qadın əl uzatdı.
Yardım qrupu, aclıqla mübarizə aparan iki yaşlı uşağı soxulcanlar tərəfindən hər yeri gəmirilmiş və yaralı halda tapıldı. Uşağı Danimarkalı xeyirxah Anja Ringgren Loven, xəstəxanaya yerləşdirdi. Uşaq, itirdiyi gücünü toplaması, bədənini yaralarından təmizlənməsi üçün xəstəxanada müalicə altına alındı. Danimarkalı yardım qrupu uşaqla yaxından maraqlanır. Oğulu ilə hər gün ziyarət etdiyi və yaxından maraqlandığı uşağın bütün xərcləri də yenə Loven tərəfindən ödənilir. Budur daha yemək yeyə bilən, yardım almadan otura bilən və sağlamlıq vəziyyəti stabil olan uşaq, həyata döndü və ətrafına təbbəssüm saçdı. Anja Ringgren Loven yaşananların ardından "O uşaq güclü bir uşaqdır. Olanları sözlə ifadə edə bilmirəm, amma yardım həyatı gözəlləşdirən şeylərdir " deyə danışıb.